...

Sabiq deputatlığa namizədin apelyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 6 İyul 2011 14:43 (UTC +04:00)
Gəncə Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmə şikayəti təmin etməyib və Nizami rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Sabiq deputatlığa namizədin apelyasiya şikayəti təmin olunmayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.

Gəncə Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmə şikayəti təmin etməyib və Nizami rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Məhkəmənin hökmü ilə Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyev barəsində bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə bir aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onun barəsində Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə şəhər prokurorluğunda cinayət işi başlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti