...

Sabah Azərbaycanda temperatur 42 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 8 İyul 2011 11:56 (UTC +04:00)
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə təşkil edəcək.
Sabah Azərbaycanda temperatur 42 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanda temperatur 42 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında isə iyulun 9-da hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə olacaq.

Hidrometeroloqlar bildirir ki, iyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir.

Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.

Xəbər lenti

Xəbər lenti