...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Cəmiyyət Materials 8 İyul 2011 12:27 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir qrup komitə əməkdaşlarına medallar təqdim olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir qrup komitə əməkdaşlarına medallar təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən DQİDK sədri Hidayət Orucov bildirib ki, ölkə başçısının bu sərəncamı Komitənin əməkdaşlarına diqqət və qayğının bariz nümunəsidir.

Diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edən Orucov bildirib ki, Komitənin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb, qurumun maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, ölkədə dini sahədə maarifləndirmənin aparılması məqsədilə zəruri tədbirlər görülüb.

Komitə sədri fəaliyyətlərində nöqsan və problemlərin də olduğunu diqqətə çatdırıb və bildirib ki, nöqsanların aradan qaldırılması üçün daha səylə çalışmaq tələb olunur.

Komitənin 3 əməkdaşına "Tərəqqi", 3 əməkdaşına isə "Dövlət qulluğunda fərqlənməyə görə" medallarını təqdim edən Orucov onları bu yüksək mükafata layiq görülmələri münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti