...

Sabah Bakıda güclü külək əsəcək

Cəmiyyət Materials 9 İyul 2011 11:56 (UTC +04:00)
İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda güclü külək əsəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda güclü külək olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 29-33 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-38, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə təşkil edəcək.

Yaxın 2 gün ərzində ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti