...

"Avtoş"ların ifşası məqsədilə karikatura müsabiqəsi elan edilib

Cəmiyyət Materials 14 İyul 2011 12:00 (UTC +04:00)
Facebook-da Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai səhifəsi avtoxuliqanların ifşa olunması məqsədilə karikatura müsabiqəsi elan edib.
"Avtoş"ların ifşası məqsədilə karikatura müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Facebook-da Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai səhifəsi avtoxuliqanların ifşa olunması məqsədilə karikatura müsabiqəsi elan edib.

Səhifənin moderatoru Samir Qocayev Trend-ə bildirib ki, müsabiqə iyulun 31-dək davam edəcək.

Qocayev bildirib ki, karikaturalar əl ilə, yaxud kompüter qrafikası ilə çəkilə bilər.

Müsabiqənin elan olunmasında məqsəd "avtoş"ları gülüş hədəfinə çevirmək, onlara qarşı cəmiyyətdə ictimai qınağın formalaşdırılmasıdır.

Müsabiqənin sonunda 3 qalib seçiləcək. 1-ci yerin qalibinə 300, 2-ci yer - 200, 3-cü yer - 100 manat mükafat nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyənlər karikaturaları [email protected] ünvanına yollaya bilərlər.

Xəbər lenti

Xəbər lenti