...

Azərbaycan Səhiyyə Nazirliyi idxalına icazə verilən dərmanların sayını açıqlayıb

Cəmiyyət Materials 14 İyul 2011 14:22 (UTC +04:00)
Azərbaycanda 4000-ə yaxın dərman preparatı dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilib.
Azərbaycan Səhiyyə Nazirliyi idxalına icazə verilən dərmanların sayını açıqlayıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 4000-ə yaxın dərman preparatı dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilib. Bunu Trend-ə Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

Onun sözlərinə görə, ölkəyə yalnız dövlət qeydiyyatına alınmış dərmanlar idxal edilə bilər. Reyestrə daxil edilməyən dərmanların ölkəyə idxalı isə qadağandır.

Əzizbəyov deyib ki, ölkəyə reyestrə daxil edilməyən dərmanlar da gətirilir. Amma həmin dərmanlar nazirliyin apardığı reydlər zamanı aşkarlandıqda müsadirə edilir.

İnspeksiya rəisi dərman bazarında artıq saxta dərmanların sayının çox azaldığını söyləyib.

"Biz saxta dərman dedikdə yararsız, qeydiyyatı, yararlılıq sertifikatı olmayan dərmanları nəzərdə tuturuq. Amma bu dərmanların hamısını saxta kimi qəbul etmək olmaz. Çünki bu dərmanların arasında keyfiyyətli dərmanlar da var. Sadəcə, qeydiyyatsız, sertifikatsız olduğu üçün biz o dərmanlara yararsız dərman kimi yanaşır və onları müsadirə edirik", - Əzizbəyov bildirib.

Xəbər lenti

Xəbər lenti