...

Qəbul imtahanlarında 100 bal toplayan abituriyentlər orta ixtisas məktəblərinə sənəd verə biləcəklər

Cəmiyyət Materials 15 İyul 2011 12:37 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edərək 100 bal toplayan abituriyentlər tam orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə sənəd verə biləcəklər.
Qəbul imtahanlarında 100 bal toplayan abituriyentlər orta ixtisas məktəblərinə sənəd verə biləcəklər

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edərək 100 bal toplayan abituriyentlər tam orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə sənəd verə biləcəklər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarında iştirak edərək 100-200 bal toplayan abituriyentlərin sayı kifayət qədərdir.

Abbaszadə onu da deyib ki, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul zamanı yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir.

Onun sözlərinə görə, indiyədək 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə 13 621 nəfər ərizə verib. Onların 10 605-i ərizəsini təsdiqlədib.

Xəbər lenti

Xəbər lenti