...

Sankt-Peterburqun azyaşlılar arasında narkoasılılıq və baxımsızlığın profilaktikası üzrə mərkəzinin nümayəndələri Azərbaycanda səfərdədirlər

Cəmiyyət Materials 18 İyul 2011 23:13 (UTC +04:00)
Sankt-Peterburqun azyaşlılar arasında narkoasılılıq və baxımsızlığın profilaktikası üzrə mərkəzinin nümayəndəsi Azərbaycanda səfərdədirlər
Sankt-Peterburqun azyaşlılar arasında narkoasılılıq və baxımsızlığın profilaktikası üzrə mərkəzinin nümayəndələri Azərbaycanda səfərdədirlər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Sankt-Peterburq Hökumətinin Gənclər siyasəti və ictimai təşkilatlarla iş üzrə Komitənin tabeçiliyində fəaliyyət göstərən Azyaşlılar arasında narkoasılılıq və baxımsızlığın profilaktikası üzrə "Kontakt" şəhər Mərkəzi dövlət müəssisəsinin şöbə müdiri Olesya İşkova və Sankt-Peterburq Gənclər Evinin aparıcı mütəxəssisi A.Smirnova Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə iyulun 17-24-dək Azərbaycanda səfərdə olacaqlar. Bu barədə Azərbaycanın Sankt-Peterburqdəki Baş konsulluğunun məlumatında bildirilir.

Səfər çərçivəsində nümayəndələr "İrəli" İctimai Birliyinin (İB) fəaliyyəti ilə tanış olacaq, Bakı şəhərindəki tarixi abidələri və Naxçıvan Muxtar Respublikasındakı Hüseyn Cavid mavzoleyini ziyarət edəcəklər. Qonaqlar Heydər Əliyev Fondu, Bakı Slavyan Universiteti, "Qala" etnoqrafiya muzeyi və "Atəşgah" məbədi ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti