...

Azərbaycan yol polisi axtarışda olan 18 nəfəri yaxalayıb

Cəmiyyət Materials 19 İyul 2011 12:32 (UTC +04:00)
Yol Polisi axtarışda olan on səkkiz nəfəri yaxalayıb.
Azərbaycan yol polisi axtarışda olan 18 nəfəri yaxalayıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisi bu ilin birinci yarısında axtarışda olan on səkkiz nəfəri yaxalayıb. Trend-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

Bundan əlavə hesabat dövründə 5 ədəd Kalaşnikov avtomatı, 3 ədəd pnevmatik tüfəng, 2 ədəd tapança, 1 ədəd əl qumbarası, 737 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti