...

Azərbaycan ailə, qadın və uşaq problemlərinin həllində Fransa təcrübəsindən istifadə edəcək

Cəmiyyət Materials 25 İyul 2011 11:46 (UTC +04:00)
Azərbaycan ailə, qadın və uşaq problemlərinin həllində Fransa təcrübəsindən istifadə edəcək. Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Azərbaycan ailə, qadın və uşaq problemlərinin həllində Fransa təcrübəsindən istifadə edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ailə, qadın və uşaq problemlərinin həllində Fransa təcrübəsindən istifadə edəcək. Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, artıq bu gündən Fransa hökuməti ilə birgə "Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi, müdafiəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndilməsi" adlı layihəyə start verilir.

Layihə çərçivəsində komitənin 11 strukturunda təkmilləşdirmə işləri aparılacaq.

"Bu layihə çərçivəsində avropalı tərəfdaşlarımıza gördüyümüz işlər, əldə etdiyimiz uğurlar barədə də məlumat veriləcək", - komitə sədri bildirib.

Hüseynova deyib ki, məişət zorakılığının aradan qaldırılması sahəsində Fransanın böyük təcrübəsi var. Layihə çərçivəsində həmin təcrübə də öyrəniləcək.

"Layihə çərçivəsində komitənin işçiləri üçün treninqlər keçirilməsində və güclü mütəxəssislər formalaşdırılmasında maraqlıyıq", - Hüseynova deyib.

Xəbər lenti

Xəbər lenti