...

Məhkəmə "Bakı" klubunun keçmiş gürcü futbolçusu barədə çıxarılan hökmü qüvvədə saxlayıb

Cəmiyyət Materials 27 İyul 2011 18:16 (UTC +04:00)
Tbilisi Apelyasiya Məhkəməsi futbolçular Georgi Demetradze və David Qaqnidzenin işi üzrə ilk instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Məhkəmə "Bakı" klubunun keçmiş gürcü futbolçusu barədə çıxarılan hökmü qüvvədə saxlayıb

Gürcüstan, Tbilisi, 27 iyul /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi Apelyasiya Məhkəməsi futbolçular Georgi Demetradze və David Qaqnidzenin işi üzrə ilk instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Demetradze və Qaqnadze 2010-cu il futbol üzrə dünya çempionatı zamanı totalizatorlarda udulan pulların zorakılıqla ələ keçirilməsində təqsirləndirilirlər.

Udulan pulların müsadirə edilməsinə Vaxtanq Kipiani, Georgi Demetradze, David Qaqnidze və David Peikrişvili kömək edib.

Tbilisi şəhər məhkəməsi yuxarıda adıçəkilən şəxsləri təqsirli bilib və Demetradzeni əmlakı müsadirə olumaqla 6 illik, Qaqnadzeni əmlakı müsadirə olunmaqla 7 illik həbs cəzasına məhkum edib.

Apelyasiya Məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi əlavə arqumentləri qənaətbəxş hesab etməyib və ilkin instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Georgi Demetradze 2008-2009-cu illərdə Azərbaycanın "Bakı" futbol klubunun heyətində hücumçu ampluasında çıxış edib.

Xəbər lenti

Xəbər lenti