...

Azərbaycanda 22 529 abituriyent ixtisas seçimi edib

Cəmiyyət Materials 29 İyul 2011 11:37 (UTC +04:00)
Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərdən 22 529 nəfəri ixtisas seçimi edib
Azərbaycanda 22 529 abituriyent ixtisas seçimi edib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərdən 22 529 nəfəri ixtisas seçimi edib. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin abituriyentlərdən 19 646 nəfəri Azərbaycan, 2 883-ü isə rus bölməsi üzrədir.

TQDK sədri abituriyentlərin ixtisas seçiminin avqustun 2-dək davam edəcəyini xatırladıb.

Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssis ələrinə qəbul imtahanlarında iştirak etmək üçün 19 544 nəfər ərizəsini təsdiq etdirib.

Abbaszadə qəbul imtahanlarının avqustun 28-də keçiriləcəyini deyib.

TQDK sədri deyib ki, hər bir abituriyent ixtisas seçimi zamanı müxtəlif təhsil müəssisələrinin dövlət hesablı və ödənişli 12-dək ixtisas kodunu göstərə bilər.

Onun sözlərinə görə, bu il 9 illik təhsil bazasından 46 orta ixtisas təhsili müəssisəsi üzrə ayrılan plan yerlərinin sayı 9 642-dir. Azərbaycan bölməsi üzrə 8 449, rus bölməsi üzrə 312, birgə müsabiqə üzrə isə 881 plan yeri ayrılıb.

Xəbər lenti

Xəbər lenti