...

Avstriyanın Azərbaycandakı səfiri Şahdağa qalxdı (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2011 11:20 (UTC +04:00)
Avqustun 1-də Avstiya-Azərbaycan qrupu Şahdağ dağının zirvəsinə birgə yürüş edib. Azərbaycan Alpinizm Federasiyasından (AAF) şənbə günü Trend-ə verilən məlumata görə, yürüş Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Avstriyanın Azərbaycandakı səfiri Şahdağa qalxdı (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Avqustun 1-də Avstiya-Azərbaycan qrupu Şahdağ dağının zirvəsinə birgə yürüş edib. Azərbaycan Alpinizm Federasiyasından (AAF) şənbə günü Trend-ə verilən məlumata görə, yürüş Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Qrupun tərkibinə Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kaybiç, Avstriya vətəndaşları - Verena və Yakob Şteyner, Kristina və Kurt Radner, Qerxard Bregenz və azərbaycanlı Dilarə Cəfərova daxil olub. Qrupa idman ustası, AAF-ın prezidenti İsrafil Aşurlı rəhbərlik edib.

Federasiyanın prezidenti yüksəlişin uğurla keçdiyini bildirib və Avstriya alpinistlərinin hazırlıq səviyyəsinin yüksək olduğunu qeyd edib.

"Yakob Şteyner və Kurt Radner professional alpinistdirlər və Avstriya alpinizm məktəbinin bələdçiləridirlər. Onlarla və bütövlükdə qrupla işləmək həqiqətən də zövq verirdi. Bu, Azərbaycan dağlarında ilk və heç də axırıncı layihəmiz deyil", - Aşurlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti