...

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 8 Avqust 2011 10:53 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər bu gündən etibarən sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin sənəd qəbulu başlayıb

Azərbaycan, Bakı, 8 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər bu gündən etibarən sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu barədə Trend-ə bazar ertəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

Tələbə adı qazanmış şəxslər sənədlərini avqustun 18-dək qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Azərbaycan ali məktəblərində 2011-2012-ci təhsil ili üçün ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olmub, qəbul planı 93,36 % dolub.

Xəbər lenti

Xəbər lenti