...

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı şura yaradılır

Cəmiyyət Materials 9 Avqust 2011 15:57 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 9 avqust /Trend, müxbir T.Hacıyev/

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı şura yaradılır. Bu barədə çərşənbə axşamı Trend-ə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, şuraya Azərbaycanın müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan və ictimai qurumlardan nümayəndələr cəlb olunacaq.

Babayev qeyd edib ki, artıq müvafiq qurumlar öz nümayəndələrini həmin şuraya namizəd olaraq təqdim ediblər.

"Dövlət proqramının icrası üçün müxtəlif normativ sənədlər - Gənclər Fondunun əsasnaməsi, Bakıda tikiləcək gənclər mərkəzinin əsasnaməsi və digər sənədlər hazırlanmalıdır. Bu ilin axırına qədər dövlət proqramının icrası ilə bağlı bütün sənədlər hazır olacaq", - o əlavə edib.

Nazir müavini vurğulayıb ki, 2012-ci ildən etibarən proqramın tam şəkildə icrası həyata keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin əvvəllində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti