...

Azərbaycanda gənclər ölkə əhalisinin 66 faizini təşkil edir

Cəmiyyət Materials 12 Avqust 2011 15:10 (UTC +04:00)
Azərbaycanda gənclər ölkə əhalisinin 66 faizini təşkil edir
Azərbaycanda gənclər ölkə əhalisinin 66 faizini təşkil edir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Z.Əhmədova/

Azərbaycan Gənclər və İdman Nazirliyi Beynəlxalq Gənclər Günündə ölkədəki gənclərin statistikasını açıqlayıb.

Avqustun 12-də Beynəlxalq Gənlər Günü qeyd edilir.

"Azərbaycan gəncləri ölkə əhalisinin 66 faizini təşkil edən 14 yaşdan 29 yaşadək olanlardır. Onların çox hissəsi şagird və tələbələrdir", - Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkədə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı həyata keçirilir. Gənclər proqramının hazırlanması və müzakirəsi zamanı işçi qrupa iki mindən çox təklif daxil olub. Proqramın müzakirəsində həm Azərbaycanın tələbə gəncləri, həm QHT nümayəndələri, həm də xaricdə təhsil alan gənclər iştirak ediblər", - Məmmədova bildirib.

"Qeyd edim ki, 2005-2009-cu illər üçün nəzərdə tutulan gənclər siyasəti üzrə dövlət proqramı lazımi qaydada həyata keçirilib", - o bildirib.

Azərbaycanda Gənclər Günü 1997-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, fevralın 2-də qeyd edilir. 1996-cı il fevralın 2-də ilk dəfə Azərbaycan Gənclərinin Forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti