...

RF məşhur S-300 komplekslərinin istehsalını dayandırıb

Cəmiyyət Materials 15 Avqust 2011 14:00 (UTC +04:00)
Rusiyada bütün dünyada tanınmış S-300 raket hücumundan müdafiə komplekslərinin istehsalı dayandırılıb. Trend-in məlumatına görə, bu barədə Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri İqor Aşurbəyli RİA-Novostiyə müsahibəsində bildirib
RF məşhur S-300 komplekslərinin istehsalını dayandırıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Rusiyada bütün dünyada tanınmış S-300 raket hücumundan müdafiə komplekslərinin istehsalı dayandırılıb. Trend-in məlumatına görə, bu barədə Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri İqor Aşurbəyli RİA-Novostiyə müsahibəsində bildirib.

2011-ci ilədək Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib.

"Rusiya ordusu üçün S-300 PM-in son kompleksi hardasa 1994-cü ildə istehsal olunub. O vaxtdan Rusiya bu kompleksləri yalnız ixrac üçün istehsal edib, lakin indi S-300-ün yeni ixrac sifarişləri də dayandırılıb", - Aşurbəyli bildirib.

S-300 zenit-raket sistemi iri sənaye və inzibati obyektlərin, hərbi baza və idarəetmə məntəqələrinin düşmənin kosmik-hava hücumu vasitələrinin zərbələrindən müdafiəsi üçün nəzərdə tutulub.

Aşurbəyli məlumat verib ki, S-300 üzrə "Almaz-Antey" KB (əvvəllər "Almaz" EİB) yalnız ixrac sifarişlərinin yerinə yetirilməsi üçün saxlanılıb.

"Bu yaxınlarda bir göndəriş həyata keçirilib, növbəti göndəriş daha bir ölkəyə ediləcək. Bununla da qurtardı. Lakin problem ondadır ki, biz S-300 üzrə sifarişlərin qəbulunu dayandırmışıq və S-400 üzrə sifarişlərin qəbuluna başlamamışıq", - Aşurbəyli qeyd edib.

S-400 zenit-raket sistemi bütün tip uçuş aparatlarının - təyyarələrin, pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistem yalnız hava məkanında deyil, həm də yaxın kosmosda da fəaliyyət göstərə və qeyri-strateji raketdən müdafiə tapşırıqlarının yerinə yetirə bilər.

" Zəfər" S-400 zenit-raket sistemi havadakı hədəflərin bütün spektrinin məhv edilməsinin effektivliyi üzrə S-300 tipinin üç sistemini əvəz etməyə qadirdir. " Zəfər" S-300 və S-200 komplekslərinin əvəz edilməsi üçün nəzərdə tutulub və hədəflərin yeni tipləri ilə - Stealth texnoligiyalarının istifadəsi ilə yerinə yetirilən uçuş cihazları, hərəkət radiusu 3,5 min kilometrdən çox olmayan kiçik ölçülü qanadlı raketlərlə, eləcə də hərəkət radiusu 3,5 min kilometrdən çox olmayan, uçuş sürəti saniyədə 4,8 kilometr olan ballistik raketlərlə mübarizə zamanı yüksək effektivliyə malikdir.

Xəbər lenti

Xəbər lenti