...

Azərbaycanda ədliyyə orqanlarına qəbul prosesi sadələşdiriləcək

Cəmiyyət Materials 16 Avqust 2011 10:04 (UTC +04:00)
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin dünən keçirilən Kollegiya iclasında Ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub. İclasda kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsi zəruriliyi bildirilib.
Azərbaycanda ədliyyə orqanlarına qəbul prosesi sadələşdiriləcək

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ədliyyə orqanlarına qəbul prosesi sadələşdiriləcək.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin dünən keçirilən Kollegiya iclasında Ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub. İclasda kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsi zəruriliyi bildirilib.

Bununla əlaqədar, işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınıb. İclasda işə qəbul olunmaq istəyənlərin nazirliyin internet saytı vasitəsilə müraciətlərin edilməsi üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilib.

Son illər keçirilmiş 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunub.

Kollegiyada bildirilib ki, cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı qanunvericilik aktlarının işlənilməsində nazirlik tərəfindən fəal iştirak edilib, 159 normativ hüquqi akt layihəsi hazırlanıb, 612 akt hüquqi ekspertizadan keçirilib.

İnzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib, 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib..

İclasda həmçinin, mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulub, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər konkret tədbirlər müəyyən olunub.

Kollegiyada həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

Xəbər lenti

Xəbər lenti