...

Azərbaycanda qanunsuz balıq ovu aşkarlanıb

Cəmiyyət Materials 17 Avqust 2011 12:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçiriblər
Azərbaycanda qanunsuz balıq ovu aşkarlanıb

Azərbaycan, Bakı, 17 avqust / Trend /

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçiriblər.

Trend-in məlumatına görə, bu barədə qurumun çərşənbə günü yaydığı məlumatda bildirilir.

Keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulmuş 29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunmuş ov aləti "şal qırmaq", 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkar edilərək götürülüb.

Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti