...

Prokuror 2 aprel məhbuslarına cəza istəyib

Cəmiyyət Materials 19 Avqust 2011 13:09 (UTC +04:00)
Prokuror "İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə cəza istəyib.
Prokuror 2 aprel məhbuslarına cəza istəyib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Prokuror "İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə cəza istəyib.

Səbail rayon məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, dövlət ittihamçısı Vüqar Hacıyev təqsirləndirilənlər - Sahib Kərimov və Arif Alışlının 4 il 6 ay, Elnur İsrafilov və Zülfüqar Eyvazovun 4 il, Babək Həsənov və Elşən Həsənovun 3 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.

Proses müdafiə tərəfinin vəkillərinin çıxışı ilə davam edir.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti