...

Azərbaycanda "Tələbə kartı"nın tətbiq edilməsi üzrə müzakirələrə başlanılır

Cəmiyyət Materials 19 Avqust 2011 16:26 (UTC +04:00)
Azərbaycanda "Tələbə kartı"nın tətbiq edilməsi üzrə müzakirələrə başlanılır
Azərbaycanda "Tələbə kartı"nın  tətbiq edilməsi üzrə müzakirələrə başlanılır

Azərbaycan, Bakı, 19 avqust / Trend /

Azərbaycanda "Tələbə kartı"nın tətbiq edilməsi üzrə müzakirələrə başlanılır. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin Prezidenti Jarkko Lehikoinen Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialını, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etmək məqsədi ilə avqustun 22-də Bakıya səfərə edəcək.

Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutacaq.

Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 min xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılmış və razılıqla qarşılanmışdır. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub.

Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti