...

Ordubad rayonunun hərbi komissarı qanunsuz odlu silah saxlamaqda və korrupsiyada ittiham olunur

Cəmiyyət Materials 22 Avqust 2011 13:35 (UTC +04:00)
Ordubad rayonunun hərbi komissarı qanunsuz odlu silah saxlamaqda və korrupsiyada ittiham olunur.
Ordubad rayonunun hərbi komissarı qanunsuz odlu silah saxlamaqda və korrupsiyada ittiham olunur

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ordubad rayonunun hərbi komissarı qanunsuz odlu silah saxlamaqda və korrupsiyada ittiham olunur.

Naxçıvan MR-in hərbi məhkəməsindəki mənbənin Trend-ə verdiyi məlumata görə, Ordubad rayon hərbi komissarı Cahangir Həsənov 15 gün əvvəl Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci) və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.1-ci) maddələri ilə ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb.

Respublika Hərbi Prokurorluğunun məlumatına görə, bu ilin altı ayı ərzində respublikanın hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi kommisarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb və istintaqı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti