...

ANAMA-nın Ceyrançöl layihəsi çərçivəsində 64 milyon kv.m ərazi minalardan təmizlənəcək

Cəmiyyət Materials 24 Avqust 2011 15:59 (UTC +04:00)
ANAMA-nın Ceyrançöl layihəsi çərçivəsində 64 milyon kvadratmetr ərazi minalardan təmizlənəcək.
ANAMA-nın Ceyrançöl layihəsi çərçivəsində 64 milyon kv.m ərazi minalardan təmizlənəcək

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir T.Hacıyev/

ANAMA-nın Ceyrançöl layihəsi çərçivəsində 64 milyon kvadratmetr ərazi minalardan təmizlənəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat katibi Səbinə Sərkərova məlumat verib.

Onun sözlərinə görə, layihə üç fazadan ibarət olacaq və birinci fazada 28 ay müddətində 19 milyon kvadratmetr ərazinin minalardan təmizlənməsi həyata keçiriləcək. Sərkərova Ceyrançöl ərazisində vaxtilə Sovet ordusunun poliqonu olduğunu və ərazidə çoxlu sayda sursat və mina qaldığını bildirib. Ərazidə əsasən tank əleyhinə minalar yayılıb.

Layihənin bu ilin sonlarına qədər başlaya biləcəyini deyən Sərkərova əlavə edib ki, hazırda layihənin icrası ilə bağlı NATO ilə danışıqlar aparılır. Onun sözlərinə görə, Ceyrançöl layihəsində əsas tərəfdaş ölkə Amerika Birləşmiş Ştatları olacaq.

Xəbər lenti

Xəbər lenti