Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Yol hərəkəti qaydaları ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Facebook-dakı İctimai Səhifəsi sosial reklam çarxlarının çəkilişinə başlayıb.
İctimai Səhifənin administratoru Samir Qocayev Trend-ə bildirib ki, bu gündən reklam çarxlarının çəkilişinə start verilib.
Bir dəqiqəlik reklam çarxları kütləvi şəkildə yayımlanacaq.
Reklamların çəkilişinə "Crystal Motors" şirkəti maliyyə dəstəyi göstərir.