...

Türkiyə səfiri Zəfər bayramı münasibətilə Bakıda "Türk əsgərləri" abidəsini ziyarət edib

Cəmiyyət Materials 30 Avqust 2011 13:14 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələrin (SQ) 89-cu ildönümü münasibətilə çərşənbə axşamı Bakıda Şəhidlər xiyabanındakı "Türk əsgərləri" abidəsini ziyarət edib.
Türkiyə səfiri Zəfər bayramı münasibətilə Bakıda "Türk əsgərləri" abidəsini ziyarət edib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələrin (SQ) 89-cu ildönümü münasibətilə çərşənbə axşamı Bakıda Şəhidlər xiyabanındakı "Türk əsgərləri" abidəsini ziyarət edib.

Trend-in məlumatına görə, ziyarətdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general mayor Yücel Karauz, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan-Türkiyə iş Adamları Birliyinin (ATİB), Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) nümayəndələri iştirak ediblər.

Türkiyədə 1922-ci il avqustun 30-da Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə ordusunun Dumlupınarda Anadolunu işğal etməyə cəhd edən düşmən üzərində qələbsi rəsmi Zəfər bayramı kimi hər il qeyd olunur.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edib. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatının startını verib. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında toplanan müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayıblar. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatıb. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" adını verib.

Xəbər lenti

Xəbər lenti