...

Belçikada Azərbaycanın tanınmış şairinin heykəli qoyulacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 15:14 (UTC +04:00)
Belçikanın Thuin şəhərində Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin heykəli qoyulacaq.
Belçikada Azərbaycanın tanınmış şairinin heykəli qoyulacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Belçikanın Thuin şəhərində Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin heykəli qoyulacaq. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin deputatı, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun seçki qərargahından bildirilib.

Süleymanovun Belçikaya səfəri çərçivəsində Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarla görüşündə Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə Thuin şəhərində heykəlinin qoyulması üçün yer müəyyənləşdirilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib.

Blanşarın rəhbərliyi altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə heyəti bu ilin iyul ayında Azərbaycana səfər edib. Səfər zamanı Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq əldə edilib. Şamaxının millət vəkili Elxan Süleymanovun Belçikaya səfəri zamanı, həmçinin bu istiqamətdə müvafiq sənədlərin qəbul edilməsi və yaxın zamanlarda qarşılıqlı olaraq konkret tədbirlərin keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti