...

Britaniyada şagirdlər yeni üsulla cəzalandırılacaqlar

Cəmiyyət Materials 2 Sentyabr 2011 12:10 (UTC +04:00)
Britaniyada şagirdlər yeni üsulla cəzalandırılacaqlar
Britaniyada şagirdlər yeni üsulla cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Böyük Britaniyanın təhsil naziri Maykl Qouv bəyan edib ki, bu yaxınlarda Londonda baş vermiş qarışıqlıqlarla əlaqədar məktəbdə tərbiyə metodlarına, xüsusilə bədən cəzası ilə bağlı üsullara yenidən baxılmalıdır. Britaniyanın dövlət məktəblərində son 25 ildə belə cəzalara qadağa qoyulub. Lakin özəl məktəblər şagirdin valideynlərini xəbərdar etməklə, daxili qaydaları ilə hərəkət edə bilərlər.

Qouv belə fikir irəli sürüb ki, pedaqoqların hesabat verməli olmaları cəzanın bütün effektini heçə endirə bilər. Yeri gəlmişkən, nazir əvvəllər onu da məktəbdə cəzalandırdıqlarını, lakin onun buna görə təəssüflənmədiyini etiraf edib.

Daha bir ideya isə keçmiş hərbiçilərin tədrisə cəlb edilməsidir. Bəzi məmurların fikrincə, məktəblərdə əsl nizam-intizam nümunəsini verə biləcək kişi müəllimlər çatışmır.

Xəbər lenti

Xəbər lenti