...

"Yaxşı Cazibə" nin yaradıcı heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2011 16:41 (UTC +04:00)
Millət vəkli Qənirə Paşayeva Türkiyənin ATV kanalında yayımlanan məşhur "Yaxşı Cazibə" serialının Bakıda səfərdə olan yaradıcı heyəti ilə görüşüb.
"Yaxşı Cazibə" nin yaradıcı heyəti ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı , 3 sentyabr / Trend/

Millət vəkli Qənirə Paşayeva Türkiyənin ATV kanalında yayımlanan məşhur "Yaxşı Cazibə" serialının Bakıda səfərdə olan yaradıcı heyəti ilə görüşüb. Qonaqları Bakıda salamlamaqdan məmnunluq duyduğunu, "Yaxşı Cazibə"nin Azərbaycanda da yetərincə tamaşaçı auditoriyasına sahib olduğunu vurğulayan xanım millət vəkili, mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu bildirib. O, mədəniyyətin özəlliklə, Türkiyə və Azərbaycan kimi iki qardaş ölkə arasında oynadığı rolun ikiqat təsirə malik olduğunu qeyd edərək, Ümummilli lider Heydər Əliyevin "biz bir millət, iki dövlətik" kəlamını xatırladıb.

Millət vəkili qonaqlara Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməsi barədə məlumatlar verib. Millət vəkili Azərbaycanın bir qarış da torpaqlarından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini deyib. "İnşallah, o zaman "Yaxşı Cazibənin" bir neçə bölümünü də işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda çəkərsiniz".

Azərbaycanda təsəvvür etdiklərindən daha artıq dərəcədə sevildiklərinin şahidi olmaqdan, Bakıya səfərdən və bu görüşdən çox məmnun olduqlarını bildirməklə sözə başlayan qonaqlar gələcək işlərində də Azərbaycana, Azərbaycan mədəniyyətinə, Azərbaycan insanının yaşan­tılarına daha geniş yer ayırmağı vəd ediblər. Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, Azərbaycanı sevdiklərini deyən yaradıcı heyət mütləq yenidən Azərbaycana gələcəklərini deyiiblər." Bura bizim üçün sanki öz evimizdir, özümüzü öz evimizdəki kimi hiss edirik. Bizə qarşı o qədər böyük hörmət, sevgi gördük ki, bunu heç zaman unutmayacağıq".

Görüşdə bəstəkar Aygün Səmədzadə, Eurovision 2011 müsabiqəsinin qalibi Nigar Camal, bəstəkar və prodüser İsa Məlikov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və digər sənət adamları iştirak edib.

Xəbər lenti

Xəbər lenti