...

Orta əsrlər taununun mövcudluğu aşkarlanıb

Cəmiyyət Materials 5 Sentyabr 2011 11:54 (UTC +04:00)
Orta əsrlər taunu hələ də mövcuddur
Orta əsrlər taununun mövcudluğu aşkarlanıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Orta əsrlər Londonunda taundan həlak olanların skeletlərindən götürülən DNT analizlərinin nəticəsi şokedici olub: "qara ölüm" dünyamızda indiyədək mövcud imiş. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır.

O zaman qurbanların cəsədləri paytaxtdakı qardaş qəbiristanlığında dəfn olunurdu. Məhz onlar bir neçə yüz il ərzində analoji genlərin ardıcıllığı indiyədək mövcud olduğunu aşkar etməyə imkan verib. Hesab edilir ki, "qara ölüm" epidemiyanın cəmi ilk beş ili ərzində (1348-ci ildən 1353-cü ilədək) Avropa əhalisinin üçdə birini məhv edib.

İndi alimlər təsdiqləyirlər ki, bizim dövrümüzdə taun xəstəliyi yaradan Yersinia pestis bakteriyasının da arxasında orta əsrlərdə Avropada yayılan taun dayanır. Əvvəllər aparılan testlər də orta əsrlərin bioloji materiallarında bu bakteriyanın mövcud oluğunu göstərsə də, bu fakta əhəmiyyət verilməyib. Tədqiqatçılar nümunələrin sadəcə olaraq çirkləndiyini güman edirdilər. Üstəgəl, müasir bakteriya ləng yayılır və o qədər də öldürücü deyil.

İndi isə Tyubigen Universitetinin Elmi Arxeologiya İnstitutunun və Makmaster Universitetinin əməkdaşları təsdiqləyiblər ki, bir çox ölümlərin arxasında analoji bakteriya dayanır. Belə ki, onlar 109 skeletldən DNT götürərək onları qəbiristanlıqdan ekshümasiya olunmuş və taunla əlaqəsi olmayan 10 başqa skeletlə müqayisə ediblər. Bu, nümunələrin çirklənməsi ilə bağlı ehtimalları aradan qaldırıb.

Xəbər lenti

Xəbər lenti