...

Səhiyyə Nazirliyi çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb

Cəmiyyət Materials 5 Sentyabr 2011 12:35 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb.
Səhiyyə Nazirliyi çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu bazar ertəsi Trend-ə RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır.

Abdullayevin sözlərinə görə, indiyədək keçirilən yoxlamalar zamanı çörəyin təhlükəsizlik göstəriciləri ilə bağlı bəzi problemlər ortaya çıxıb.

O əlavə edib ki, çörəyin tərkibində digər normalar stanadartlara uyğun olsa da, əsasən yay aylarında çörəkdə kartof xəstəliyinin aşkarlanması halları müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti