...

Ali Məhkəmə hakiminin həyat yoldaşının qatilinə 15 il cəza verilib

Cəmiyyət Materials 5 Sentyabr 2011 16:22 (UTC +04:00)
Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm elan olunub.
Ali Məhkəmə hakiminin həyat yoldaşının qatilinə 15 il cəza verilib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, Natəvan Mahmudovanın qətlində ittiham olunan Xalidə Əhmədova məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il oktyabrın 15-də Çobanzadə küç., 47, mənzil 30 ünvanında yaşayan 39 yaşlı Natəvan Mahmudova Xalidə Əhmədova tərəfindən qətlə yetirilib.

Əhmədovaya Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adamöldürmə) maddəsi ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti