...

Dizaynerlər ən qeyri-adi görünüşə malik mobil telefonlar yaradır

Cəmiyyət Materials 6 Sentyabr 2011 16:08 (UTC +04:00)
Mobil telefon yaradıcıları imobil telefon istifadəçilərini təkcə yeni funksiyalarla deyil, həm də təsəvvür edilə bilməyən dizaynlarla təəccübləndiriblər.
Dizaynerlər ən qeyri-adi görünüşə malik mobil telefonlar yaradır

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Mobil telefon yaradıcıları mobil telefon istifadəçilərini təkcə yeni funksiyalarla deyil, həm də təsəvvür edilə bilməyən dizaynlarla təəccübləndiriblər. Bu barədə UKRİNFORM "Newsland" veb-resursuna istinadən məlumat verir.

Trend-in məlumatına görə, çinli dizayner Şan Çen tamfunksiyalı mobil telefonu adi üzüyün korpusunda yerləşdirib. Telefonun forması displeyin olmamasını ehtimal edir, onu proyektor əvəz edir. Dizayner hesab edir ki, üzüyü xüsusi çətinlik olmadan idarə etmək olar.

Sankt-Peterburqdan olan dizayner Aleksey Çuqunnikov isə hərəkət edən displeyə malik telefon-qolbaq yaradıb. Bilərziyin üst hissəsindən proyeksiya ekranı görünür, displeyin özünü isə barmaqların uclarınadək gətirmək, habelə filmə baxmaq, kitab oxumaq mümkündür.

Dizaynerlər tərəfindən hətta şirniyyat formasında da telefonlar yaradılır. Həmin telefonlar peçenye və ya şokolad plitkasına bənzəyir. Texniki xarakteristikalarına görə, onlar standart telefonlardan geri qalmırlar - foto və videokameralara, böyük həcmdə yaddaşa malikdirlər. Bundan əlavə, onlar həm də su keçirtməmək qabiliyyətinə malikdirlər.

Xəbər lenti

Xəbər lenti