...

Azərbaycanda "Mədəniyyət haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara dəyişikliklər ediləcək

Cəmiyyət Materials 6 Sentyabr 2011 16:52 (UTC +04:00)
Azərbaycanda "Mədəniyyət haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara dəyişikliklər ediləcək.
Azərbaycanda "Mədəniyyət haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Mədəniyyət haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara dəyişikliklər ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu qanunlarda icra orqanlarının adları ilə bağlı dəyişikliklərə ehtiyac var.

"Bundan əlavə, güzəştlərlə bağlı dəyişikliklər edilməlidir. Təşkilat komitəsi də, hüquqşünaslar da hazırda maksimum çalışırlar ki, bizim sahibkarlar, nəşriyyat-poliqrafiya işçiləri, o cümlədən mədəniyyət sahəsində çalışan işçilər üçün daha əlverişli şərait yaradılsın", - Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti