...

Azərbaycanın bölgələrində yeni qış turizm komplekslərinin tikilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 7 Sentyabr 2011 15:44 (UTC +04:00)
Azərbaycanın bölgələrində yeni qış turizm komplekslərinin tikilməsi nəzərdə tutulur.
Azərbaycanın bölgələrində yeni qış turizm komplekslərinin tikilməsi nəzərdə tutulur

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bölgələrində yeni qış turizm komplekslərinin tikilməsi nəzərdə tutulur. Bu barədə çərşənbə günü Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə ən böyük qış turizm layihəsi Qusarda tikilən qış turizm kompleksidir.

"Layihənin birinci mərhələsi demək olar ki, sınaqdan keçirilib. Orada böyük bir infrastruktur yaranır. Hotellər tikilir, kanalizasiya xətləri çəkilir, yüksək keyfiyyətli yollar salınır. Bunların hamısı sonda qış turizm kompleksinin inkişafına böyük təkan verəcək", - o əlavə edib.

Əliyev deyib ki, belə komplekslər Balakən və Qax rayonlarında da tikilə bilər.

Xəbər lenti

Xəbər lenti