...

"Eurovision-2012" üçün alternativ yer kimi nəzərdə tutulan kompleks vaxtında istifadəyə veriləcək - nazir

Cəmiyyət Materials 9 Sentyabr 2011 12:37 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayraq Meydanında alternativ yer kimi nəzərdə tutulan bina vaxtında tikilib istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
"Eurovision-2012" üçün alternativ yer kimi nəzərdə tutulan kompleks vaxtında istifadəyə veriləcək - nazir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayraq Meydanında alternativ yer kimi nəzərdə tutulan bina vaxtında tikilib istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

"İnanıram ki, idman konsert kompleksinin inşası vaxtında başa çatacaq. Çünki bu işi Avropanın nüfuzlu təşkilatları öz üzərlərinə götürüblər. Bizdə "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün digər variantlar da var. Məsələn, Heydər Əliyev adına İdman Konsert Kompleksi. Orada da bəzi işlər görülməlidir - mətbuat üçün zal, yaşıl otaq tikilməlidir", - Rəhimov əlavə edib.

"Alpine BAU Deutschland AG" şirkəti Bakıda 23 mindən çox tamaşaçı tutumuna malik ən iri idman konsert kompleksi tikəcək. Bu barədə Trend-ə cümə axşamı şirkətdən məlumat verilmişdi. Bu kompleks həm də "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi üçün mümkün yerlərdən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti