...

Sumqayıtda ofisdən içi dolu seyf oğurlayan şəxs tutulub

Cəmiyyət Materials 12 Sentyabr 2011 13:19 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da Mustafa Sərvəliyevə məxsus "Turan STŞ"-nin ofisindən içərisində 7000 manat olan seyf oğurlanıb.
Sumqayıtda ofisdən içi dolu seyf oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda ofisdən içi dolu pul seyfi oğurlayan şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da Mustafa Sərvəliyevə məxsus "Turan STŞ"-nin ofisindən içərisində 7000 manat olan seyf oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti