...

Azərbaycanda dərs ilinin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:09 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında s entyabrın 15-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda dərs ilinin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 14 sentyabr / Trend

Bakıda və Abşeron yarımadasında s entyabrın 15-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.

Yarımadada və paytaxtda mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti