Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Cümə axşamı Moskvanın mərkəzində, Azərbaycanın səfirlyi yanxınlığında müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasimə mərhum korifeyin çoxsaylı pərəstişkarları və paytaxt hakimiyyətinin nümayəndələri toplaşıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Mərasimi başlamaq hüququnu Moskva merinin müavini Lyudmila Şvetsovaya və müğənninin dostu, abidənin yaradılması və ucaldılmasını maliyyələşdirən "Krokus" şirkətlər qrupunun prezidenti Araz Ağalarova aparıcı Svyatoslav Belz təqdim edib. Onlar Maqomayevin ifasında "So mnoyu strana" mahnısının müşayiəti ilə mərasimə toplaşan yüzlərlə pərəstişkarın alqışları altında təntənəli surətdə qırmızı lenti kəsiblər.
Səhnəni simvolizə edən abidənin postamentində doğum və ölüm tarixi göstərilmədən, sadəcə "Müslüm Maqomayev" yazılıb. Sanki artist əbədi olaraq yaşayacaq.
"Müslüm Maqomayev deyirdi ki, Azərbaycan onun atası, Rusiya isə anasıdır. O, üç il bundan əvvəl vəfat edib və onun gözəl abidəsinin ucaldıldığı Azərbaycan torpağında dəfn edilib. Bu gün onun ana vətənində, yaşadığı evin yaxınlığında bu gözəl abidə yaranıb. Və biz bu gözəl insanı bir daha xatırlamaq imkanı əldə etmişik", - Şvetsova bildirib.
Öz növbəsində, Maqomayevin xanımı, görkəmli opera müğənnisi Tamara Sinyavskaya toplaşanların hamısına "Müslümə sevgini və onun xatirəsini" ürəklərində qoruyub saxladıqlarına görə minnətdarlığını bildirib.
"Biz Sovet İttifaqı adlanan bir ölkədə doğulduq və görüşdük, bir-birimizi bu ölkədə sevdik, daha sonra olanlar oldu. Lakin Müslüm hamıdan yüksəkdə durdu. O, göylərə ucaldı, o bizə baxanda oradan hamı yaxın görünür - Moskvadan Bakıya kimi. Ona görə də o, indi həm orada, həm də buradadır. Budur, Günəş də əbəs yerə göz gəzdirmir", - Sinyavskaya məhz abidənin açılışı günü isti havanın olduğunu qeyd edib.
Təntənəli mərasimə toplaşan qonaqlar arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, artistlər Yelena Obraztsova, Bedros Kirkorov, Yevgeni Gerasimov, aparıcı Yuri Nikolayev, fiqurli konkisürmə üzrə məşqçi Tatyana Tarasova, eləcə də abidənin müəllifi, memar Aleksandr Rukavişnikov olub.
Məraisimin rəsmi hissəsi başa çatdıqdan sonra yüzlərlə insan bundan sonra Yeliseyevski və Voznesenski döngəsindəki postamentdən yoldan keçənləri seyr edəcək sovet estradasının dahi müğənnisi Müslüm Maqomayevin abidəsini gül-çiçəyə qərq ediblər.
Maqomayev 2008-ci ilin oktyabrında uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.