...

Bu il Azərbaycanda yol qəzaları 600-dən çox insanın ölümünə səbəb olub

Cəmiyyət Materials 15 Sentyabr 2011 16:51 (UTC +04:00)
Bu ilin 8 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizi avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Bu il Azərbaycanda yol qəzaları 600-dən çox insanın ölümünə səbəb olub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 8 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizi avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu il yanvar-avqust aylarında ölkədə 2042 yol qəzasının 889-u avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Bu qəzalarda 316 nəfər ölüb, 838 nəfər xəsarət alıb. Hesabat dövründə ölkədə baş vermiş qəzalarda 617 nəfər ölüb, 2251 nəfər yaralanıb.

Əliyevin sözlərinə görə, qəzaların 477-si (148 ölüm, 676 xəsarət) ötmə qaydalarının pozulması, 182-si (21 ölüm, 247 xəsarət) yolayrıcını keçmə qaydalarının pozulması, 64-ü (25 ölüm, 68 xəsarət) avtomobillərin sərxoş vəziyyətdə idarə olunması, 21-i isə (12 ölüm, 24 xəsarət) sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Qeydə alınan qəzalardan 746-sı (194 ölüm, 1051 xəsarət) toqquşma, 253-ü (116 ölüm, 281 xəsarət) aşma, 761-i (222 ölüm, 585 xəsarət) piyadanın vurulması olub.

Xəbər lenti

Xəbər lenti