...

Azərbaycanda dövlətin bir təhsilalana il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 15:12 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi təhsilin bütün pillələri üzrə bir təhsilalana düşən illik xərclərin məbləğini açıqlayıb.
Azərbaycanda dövlətin bir təhsilalana il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi təhsilin bütün pillələri üzrə bir təhsilalana düşən illik xərclərin məbləğini açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2010-cu ildə bir təhsilalana düşən illik xərclər məktəbəqədər təhsil üzrə 816 manat, ümumi təhsil üzrə 550 manat, ilk peşə-ixtisas təhsili üzrə 1133 manat, orta ixtisas təhsili üzrə 750 manat, ali təhsil üzrə 1548 manat olub.

2011-ci ildə isə bir təhsilalana düşən illik xərclərin məktəbəqədər təhsil üzrə 854 manat, ümumi təhsil üzrə 553 manat, ilk peşə-ixtisas təhsili üzrə 1184 manat, orta ixtisas təhsili üzrə 784 manat, ali təhsil üzrə 1618 manat olacağı gözlənilir.

Ali təhsildə dövlət sifarişi üzrə kadr hazırlığı ilə bağlı bir təhsilalana düşən illik xərclərin məbləği isə orta hesabla 1700 manat təşkil edir.

Bir təhsilalana düşən xərcin artımının əsas səbəbi dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin artmasıdır.

Dövlət büdcəsindən təhsilə ayrılan faktiki xərclər 2010-cu ildə 1180,8 milyon manat olub. Bu il dövlət büdcəsindən təhsilə ayrılması nəzərdə tutulan xərclər 2010-cu ilin müvafiq faktiki xərclərindən 219 milyon manat və ya 18,5 faiz çoxdur.

2011-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərclərinin 426,7 milyon manatını və ya 30,5 faizini tabelikdə olan bir sıra təhsil müəssisələrinin maliyyələşdirilməsi, dövlət proqramlarının və digər tədbirlərin həyata keçirilməsi məqsədilə birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitlər təşkil edir.

Xəbər lenti

Xəbər lenti