...

Arpa yarması əsgərlərin rasionundan çıxarılır

Cəmiyyət Materials 22 Sentyabr 2011 20:58 (UTC +04:00)
Yaxın vaxtlarda yulaf, arpa və darı yarmaları əsgərlərin rasionundan çıxarılacaq.
Arpa yarması əsgərlərin rasionundan çıxarılır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Yaxın vaxtlarda yulaf, arpa və darı yarmaları əsgərlərin rasionundan çıxarılacaq. Adət olunan yarmaları daha bahalı, lakin dadlı qarabaşaq, düyü və makaronlar əvəz edəcək.

Trend-in məlumatına görə, Rusiya ordusunun menyusunda dəyişiklərin edilməsi barədə qərarı şəxsən müdafiə naziri Anatoli Serdyukov verib.

Hərbçilər nazirin qərarını, yeyilməli olmadığına görə "kirza" (dəri və rezini əvəz edən maddə) adı verilən arpa yarmasının əsgərlər və zabitlər arasında populyar olmaması ilə izah edirlər.

Bundan sonra əsgər masalarının üzərində arpa və ya darı yarması olarsa, 15 min cərimə tətbiq olunacaq. Əsgərlərin rasionuna şəxsən hissə komandirləri nəzarət edəcəklər. "İzvestiya" qəzeti yazır ki, hər bir əsgər yeməyin keyfiyyətinə görə xüsusi telefonla Müdafiə Nazirliyinə şikayət edə bilər.

Yulaf, arpa və darı yarmaları sərbəst xörək kimi deyil, yalnız şorbalarda istifadə olunacaq. Qarabaşaq yarması arpa yarmasından beş dəfə baha olduğundan əsgər rasionunun qiyməti xeyli artacaq. Gözlənildiyi kimi, bu, 2012-ci ilin əvvəllərində baş verəcək.

Xəbər lenti

Xəbər lenti