...

Azərbaycanda "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nda dəyişiklik edilib

Cəmiyyət Materials 23 Sentyabr 2011 13:35 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nda dəyişiklik edib.
Azərbaycanda "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nda dəyişiklik edilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nda dəyişiklik edib.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, dəyişiklik "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" ölkə Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinə əsasən edilib.

Dəyişikliyə əsasən, NK-nın 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nın 2.8-ci bəndindəki "Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir" sözlərindən sonra "və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir" sözləri əlavə edilib.

Xəbər lenti

Xəbər lenti