...

Mərdəkan çimərliyində "Şəhəri təmizləyək" şüarı altında növbəti təmizlik aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2011 11:56 (UTC +04:00)
Sentyabrın 21-27-si hər il bütün dünyada "Biz dünyanı təmizləyirik" həftəsi kimi qeyd edilir. Sentyabrın 22-dən 28-dək BMT-nin elan etdiyi Beynəlxalq Dəniz Günü ilə əlaqədar Azərbaycanda "Xəzər həftəsi" keçirilir.
Mərdəkan çimərliyində "Şəhəri təmizləyək" şüarı altında növbəti təmizlik aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Sentyabrın 21-27-si hər il bütün dünyada "Biz dünyanı təmizləyirik" həftəsi kimi qeyd edilir. Sentyabrın 22-dən 28-dək BMT-nin elan etdiyi Beynəlxalq Dəniz Günü ilə əlaqədar Azərbaycanda "Xəzər həftəsi" keçirilir. Bu barədə bazar ertəsi Trend-ə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Şəhərin təmizliyi, tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi "Təmiz Şəhər" ASC-nin fəaliyyətininin əsas istiqamətlərdən biridir. Bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC və "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" tərəfindən çimərlik mövsümünün bitməsi ilə əlaqədar Xəzər rayonunda yerləşən Mərdəkan çimərliyində "Şəhəri təmizləyək" şüarı altında iməcilik aksiyası keçirilib. Təmizlik aksiyası Cəmiyyət tərəfindən Xəzər çimərliklərində təşkil edilmiş dördüncü bu cür tədbirdir.

İməciliyin əsas məqsədi, şəhərin təmizliyinin qorunması, əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə ictimai dəstək və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir. Gənclərlə yanaşı, tədbirə "Ekosfera" İctimai Birliyinin dəstəyi ilə məktəbli yeniyetmələr də qoşulub. Ümumilikdə iməcilikdə 200-ə yaxın gənc və yeniyetmə iştirak edib.

Aksiya çərçivəsində Xəzər rayonunda yerləşən çimərlik boyu ərazi məişət tullantılarından təmizlənib və toplanıb tullantılar Balaxanı poliqonuna daşınıb.

Xəbər lenti

Xəbər lenti