...

"Eurovision 2012" müsabiqəsində səs, işıq məsələləri ilə məşğul olacaq şirkət seçilir

Cəmiyyət Materials 1 Oktyabr 2011 11:29 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsində səs, işıq və digər bu kimi məsələlərlə məşğul olacaq şirkət seçilir.
"Eurovision 2012" müsabiqəsində səs, işıq məsələləri ilə məşğul olacaq şirkət seçilir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

"Eurovision 2012" mahnı müsabiqəsində səs, işıq və digər bu kimi məsələlərlə məşğul olacaq şirkət seçilir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib və bildirib ki, Gənclər və İdman Nazirliyi müsabiqənin keçirilməsi üçün binanın tikintisi ilə məşğul deyil.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Rəhimov, həmçinin qeyd edib ki, Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi bağlı təşkilat komitəsi yaradılıb.

"Təşkilat komitəsi təkliflərini Milli Olimpiya Komitəsinə göndərib, digər işlər isə hələ başlamayıb", - Rəhimov deyib.

Xəbər lenti

Xəbər lenti