...

Azərbaycanda rezidenturaya qəbul olmuş mütəxəssislərin qeydiyyatı başlayır

Cəmiyyət Materials 3 Oktyabr 2011 10:46 (UTC +04:00)
Bu gündən 2011-2012-ci tədris ili üçün Azərbaycanda ali tibb təhsili əsasında rezidenturaya qəbul olmuş həkim mütəxəssislərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayır.
Azərbaycanda rezidenturaya qəbul olmuş mütəxəssislərin qeydiyyatı başlayır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən 2011-2012-ci tədris ili üçün Azərbaycanda ali tibb təhsili əsasında rezidenturaya qəbul olmuş həkim mütəxəssislərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri oktyabrın 3-dən oktyabrın 7-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinə qəbul olanlar isə göstərilən müddətdə Müdafiə Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə - sentyabrın 24 və 25-də keçirilib. Rezidenturaya müsabiqədə iştirak hüququ qazanan 860 namizədin 314-ü rezidenturaya qəbul olub.

Bu il rezidenturaya 316 plan yeri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti