...

İranda Azərbaycan Mədəniyyəti Günlərinin mütəmadi keçirilməsi təklif edilir (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2011 17:10 (UTC +04:00)
İranda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə İran Mədəniyyəti Günlərinin mütəmadi olaraq keçirilməsi təklif edilir.
İranda Azərbaycan Mədəniyyəti Günlərinin mütəmadi keçirilməsi təklif edilir (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə İran Mədəniyyəti Günlərinin mütəmadi olaraq keçirilməsi təklif edilir. Trend-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət naziri Məhəmməd Hüseyni ilə bazar ertəsi keçirdiyi görüşdə belə bir təklif irəli sürüb.

Qarayev bu tədbirlərin təkcə böyük şəhərlərdə deyil, kiçik əyalətlərdə də keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Nazir iki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

O, Azərbaycanla İran arasında film istehsalı sahəsində əməkdaşlığın artırılmasını da təklif edib.

İranlı nazir Hüseyni öz növbəsində Qarayevin təklifləri ilə razılaşdığını bildirib.

O qeyd edib ki, 20 ildən sonra ilk dəfə İran Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsini, həmçinin Azərbaycan Mədəniyyəti Günlərinin İranda keçirilməsi iki ölkə arasındakı əməkdaşlıqda yeni səhifə açıb.

"Hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi əlaqələrin inkişafına yönəlib", - Hüseyni vurğulayıb.

Daha sonra iranlı nazir Əbülfəs Qarayevə İran kinemotaqrafiyası tarixindən bəhs edən kitab və CD-lər hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti