...

Azərbaycanda 10 ballıq zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı araşdırma aparılır

Cəmiyyət Materials 5 Oktyabr 2011 12:38 (UTC +04:00)
10 ballıq zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı araşdırma aparılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.
Azərbaycanda 10 ballıq zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı araşdırma aparılır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

10 ballıq zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı araşdırma aparılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

"Azərbaycan ərazisində 9-10 ballıq zonalar var. Bununla bağlı yeni metodik yanaşma var. Bu metodik yanaşma diskussiyalara səbəb olmalıdır. Biz təklif etdik ki, rus, gürcü seysmoloqlarla birgə təklif olunan metodik yanaşma yoxlamadan keçirilsin", - Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni seymoloji xəritənin hazırlanmasına ehtiyac var. "Bu barədə biz dəfələrlə məsələ qaldırmışıq, lakin hələ reaksiya yoxdu. Xəzər dənizi özü seysmoaktiv zonadır və biz dəfələrlə təklif etmişik ki, Xəzərdə yerləşən neft buruqlarında monitorinqlər aparılsın, hər platformada seysmoqraflar quraşdırılın", - Əlizadə bildirib.

Xəbər lenti

Xəbər lenti