...

QMİ sədri İnquşetiya, Kabardin-Balkar və Dağıstanın dövlət başçıları ilə görüşüb

Cəmiyyət Materials 5 Oktyabr 2011 17:00 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İnquşetiya, Kabardin-Balkar və Dağıstanın dövlət başçıları Yunusbek Yevkurov, Arsen Kanokov və Maqomedsalam Maqomedovu qəbul edib.
QMİ sədri İnquşetiya, Kabardin-Balkar və Dağıstanın dövlət başçıları ilə görüşüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İnquşetiya, Kabardin-Balkar və Dağıstanın dövlət başçıları Yunusbek Yevkurov, Arsen Kanokov və Maqomedsalam Maqomedovu qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qonaqlar Rusiya dövləti tərəfindən Şimali Qafqaz müsəlmanlarının mənəvi tələbatlarının daha yüksək səviyyədə ödənilməsi istiqamətində görülən işlər, habelə nəzərdə tutulan layihələr barədə Allahşükür Paşazadə ilə fikir mübadiləsi aparıblar.

Azərbaycanda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını vurğulayıblar.

Onlar bildiriblər ki, Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir.

Qonaqlar Təzəpir məscid-kompleksini ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti