...

Liviyada yeni kütləvi məzarlıq tapılıb

Cəmiyyət Materials 6 Oktyabr 2011 14:11 (UTC +04:00)
Bu gün Liviyada Qəddafi rejimi əleyhdarlarının yeni kütləvi məzarlığı aşkar edilib. Məzarlıq Liviya kəşfiyyatının keçmiş rəhbərinin şəxsi fermasında tapılıb.
Liviyada yeni kütləvi məzarlıq tapılıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Liviyada Qəddafi rejimi əleyhdarlarının yeni kütləvi məzarlığı aşkar edilib. Məzarlıq Liviya kəşfiyyatının keçmiş rəhbərinin şəxsi fermasında tapılıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Əhram" qəzeti hərbi mənəbəyə istinadən məlumat verir.

Ümumi məzarda Qəddafi qoşunlarına silahlı müqavimətdə iştirak edən 30 nəfərin qalıqları tapılıb.

Bu, artıq son bir neçə həftədə Liviya ərazisində aşkar edilən sayca 14-cü kütləvi məzarlıqdır.

Təkcə ötən cümə günü üsyançılar ölkənin paytaxtı Tripolidən 170 kilometr cənubda yerləşən analoji məzarlıq aşkar ediblər.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.
Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti