...

Azərbaycan yığması Avstriyaya qalib gələ bilmədi

Cəmiyyət Materials 8 Oktyabr 2011 00:39 (UTC +04:00)
Bu gün 2012-ci ildə keçririləcək futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Avstriya yığma komandaları görüşmşdür.
Azərbaycan yığması Avstriyaya qalib gələ bilmədi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Bu gün 2012-ci ildə keçririləcək futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Avstriya yığma komandaları görüşmşdür.

Oyun "Dalğa Arena"da təşkil olunmuşdur.

Oyunun 27-ci dəqiqəsində millimizin oyunşusu Saşa Yunisoğlu qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. 34-cü dəqiqədə isə İvanşits qonaqları irəli çıxartdı.

Fasilədən sonra Marko Yanko 52 və 62-ci dəqiqələrdə dublu rəsmiləşdirdi - 0:3.

Buna baxmayaraq, 74-cü dəqiqədə Vüqar Nadirov qol vuraraq komandamızın hesabını açdı, lakin, oyunun əlavə olunmuş dəqiqələrdə qonaqlar Yunuzoviçin zərbəsi nəticəsində daha bir qola imza atdılar: 1-4.

Xəbər lenti

Xəbər lenti